Bakıda polis 15 yaşlı yeniyetməyə cərimə yazdıbackend

Bakıda polis 15 yaşlı yeniyetməyə karantin qaydasını pozduğuna görə cərimə yazıb.

Busaat.az xəbər verir ki,yeniyetmə Ramin Hüseynovun ailəsi bildirib ki, iyulun 10-da uşağı yol polisi saxlayıb və icazəsi olub-olmadığını soruşub: “Ramin də icazəsi olmadığını deyib, polis də onun ad-soyadını soruşub, sonra isə cərimə yazmayacağını deyərək yola salıb. Amma indi Binəqədi Rayon Polis İdarəsi evə məktub göndərib”.

Hüquqşünas Ərşad Hüseynov “Qafqazinfo”ya bildirib ki, inzibati xəta haqqında protokol qanunsuz olduğu üçün avtomatik ləğv edilməlidir: “İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinə görə, 16 yaşdan aşağı şəxslər inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmin protokol avtomatik olaraq qanunsuz sayılır və ləğv edilməlidir”.(“Qafqazinfo”)