Belarus XİN Paşinyana cavab verdi

image-belarusiyabackend

Belarus Xarici İşlər Nazirliyi (XİN) Baş nazir Nikol Paşinyanın bu gün parlamentdə rəsmi Minskin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

Busaat.az xəbər verir ki, rəsmi Minsk qeyd edib ki, xarici oyunçular Ermənistan rəhbərliyini sövq etsə də, onlar İrəvanla münasibətləri pisləşdirmək niyyətində deyillər.

“Əgər kimsə xarici düşmən obrazı ilə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, heç də uzaqgörən mövqe deyil”, – bildirilib.

Belarus XİN İrəvandakı səfirinin tezliklə Minskə çağırılacağını anons edib.

Xatırladaq ki, Ermənistan bu gün Belarusdakı səfirini məsləhətləşmələr üçün Minskdən geri çağırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki