BMT Livan və İsraili atəşkəsə çağırıb

image-bmtbackend

Birləşmiş Millətlər Təşkilatı (BMT) Livan və İsraili ayıran “Mavi Xətt”də atəşkəs əldə etməyə çağırıb.

Busaat.az “Euronews”a istinaən bildirir ki, bununla bağlı BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) açıqlama yayıb.

Açıqlamada BMT-nin Hizbullah ilə İsrail ordusu arasında 8 aydan çox davam edən və minlərlə insanın həyatına təsir edən qarşıdurmalardan sonra “Mavi xətt” boyunca sabitliyi bərpa etməyi hədəflədiyi bildirilib.

Vurğulanıb ki, bütün tərəflər qarşılıqlı şəkildə münaqişəni dayandırmalı və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq davamlı həll yollarına riayət etməlidirlər.

Qed edək ki,oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür. Bu toqquşmalarda 347 Hizbullah üzvü, 63 livanlı mülki, 19 Amal Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki