“Bu cümlələrin birini mənim səsimlə paylaşsanız…” – Millət vəkilindən SƏRT REAKSİYA

image-1614331850-azedu-az_995a7289-aa9b-4203-ac8a-245055121bd0_799backend

Millət vəkili Etibar Əliyev sosial şəbəkələrdə onun adından paylaşılan məlumata münasibət bildirib.

Etibar Əliyev hərbçilərin ikiqat maaş almasına qarşı olması ilə bağlı yazılan fikirlərin ona aid olmadığını deyib:

“”Hansısa şərəfsiz və alçaq mənim adımdan belə bir status paylaşıb. Guya mən bunları demişəm. Hərbçilərin ikiqat maaş almasına qarşıyam. Buna ehtiyac yoxdur. Aldılar, bəsləridir. Hazırda Qarabağ döyüş bölgəsi deyil.” Bunları mənim adımdan yayan şərəfsiz və alcaqlara üzümü tutub deyirəm. Bu cümlələrin birini mənim səsimlə paylaşsanız, yaxud bu ifadələri hansısa yazımda tapıb göstərsəniz, Xalqım qarşısında üzr istəməyə hazıram.” Bunu paylaşan şərəfsiz və alçaqlar qandıra bildim sizləri!”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90