Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov namizədinin BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi vəzifəsinə seçilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) təbrik edib.
Busaat.az Report.az-a xəbər verir ki, C.Bayramov bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu nailiyyət BƏƏ-nin dünya turizminin formalaşmasında artan rolunu əks etdirir. Dostlarımıza yeni-yeni uğurlar və firavanlıq arzulayırıq”, – məlumatda bildirilib.
Qeyd edək ki, yeni baş katib vəzifəsinə Şeyxa Nasir Əl Novais seçilib.