Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 761 $▼2.58%
  • Ethereum1 721 $▼2.97%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Ceyhun Bayramov Dimitar Qlavçev ilə görüşüb

image-66687290b9b2f66687290b9b30171812110466687290b9b2d66687290b9b2e
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Berlində Ukrayna Bərpa Konfransı çərçivəsində Bolqarıstan Respublikasının Baş naziri və xarici işlər naziri Dimitar Qlavçev ilə görüşüb.

XİN-dən Busaat.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini, tərəfdaşlığın müxtəlif istiqamətlər, xüsusilə də energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, infrastruktur, innovasiyalar və qarşılıqlı investisiyalar sahələrində daha da gücləndirilməsi üçün səylərin artırılacağını vurğulayıblar.

Cənub Qaz Dəhlizindən Azərbaycan təbii qazının Bolqarıstan-Yunanıstan İnterkonnektoru vasitəsilə Bolqarıstana ötürülməsinin, yaşıl enerji daxil olmaqla energetika sahəsində artan əməkdaşlığın, “Həmrəylik Halqası” çərçivəsində birgə səylərin münasibətlərə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Bolqarıstan arasında siyasi məsləhətləşmələrin daimi siyasi dialoqun saxlanılması baxımından önəmli olduğunu vurğulayıb.

Nazir, həmçinin həmkarını post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

Görüşdə tərəflər, iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsinin yeni perspektivli əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb etdiyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140087