Ceyhun Osmanlıdan məhkəməyə verilməsi ilə bağlı AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi, sabiq deputat Ceyhun Osmanlı məhkəmə qarşısına çıxarılacaq. O banka olan kredit borcunu ödəmədiyi üçün ləğv prosesində olan “AGBANK” ASC tərəfindən məhkəməyə verilib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 15-də Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev tərəfindən keçiriləcək.

Sözügedən məsələ ilə bağlı C.Osmanlı Unikal.org-a zəng edərək bildirib ki,  məhkəmədən ona borcu ilə bağlı heç bir bildiriş gəlməyib:

“Burada kiçik bir məbləğdən söhbət gedir. “AGBANK” ASC vaxtı ilə mənə verdiyi kartı ailə üzvlərimə təqdim etmişdim. Həmin kartdan məhz ailə üzvlərim istifadə edib. Borcumun olması ilə bağlı mənə məhkəmədən  hər hansı bildiriş daxil olmayıb. Belə bir bildiriş gəlsəydi ödəyərdim. Onu da deyim ki, vaxtı ilə sözügedən bank məni məhkəməyə vermişdi. Lakin danışıqdan sonra bank iddiasını geri çəkmişdi”.

Xatırladaq ki, Ceyhun Osmanlı 2010-cu ildə 63 saylı Sabirabad birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.