ÇL finalına nə qədər azarkeş buraxılacaq?

backend
image-uzb_ads_desk

Çempionlar Liqasının İstanbulda keçiriləcək final matçında 25 min azarkeş iştirak edə biləcək.

Busaat.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Bildirilib ki, Türkiyəyə gedəcək azarkeşlərə peyvənd sənədləri və koronavirus testinin mənfi nəticəsi lazım ola bilər. Turnirin finalına çıxan komandaların azarkeşlərinə dörd min bilet veriləcəyi bildirilir.

Çempionlar Liqasının finalı 29 mayda Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək. Həlledici matçda İngiltərənin “Çelsi” və “Mançester Siti” klubları üz-üzə gələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki