İstanbul Valiliyi şəhər sakinlərini gözlənilən güclü külək və tufanlara görə diqqətli olmağa çağırıb.
Busaat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Meteorologiya Ümumi Müdirliyi açıqlama yayıb.
Bildirilib ki, İstanbulda şimal və şimal-şərq istiqamətlərində güclü külək və qısamüddətli tufan olacaq.
“İstanbul, Ədirnə, Kırklareli və Tekirdağda küləyin sürəti şimal və şimal-şərq istiqamətlərindən 40-60 km/saat, 75 km/saata çatacaq. Bu səbəbdən vətəndaşlarımız baş verə biləcək hər hansı neqativ hallara qarşı diqqətli və tədbirli olmalıdırlar”,- valilikdən bildirlib..