COVID-19 peyvəndi BU TARİXDƏ əhaliyə tətbiq olunacaq

COVID-19 peyvəndi BU TARİXDƏ əhaliyə tətbiq olunacaqbackend

Dünyada ilk COVID-19 peyvəndi olan “Sputnik V”nin tətbiq olunacağı tarix açıqlanıb.

Busaat.az xəbər verir ki, vaksinin 3 həftədən 1 aya qədər müddətdə xalqa təqdim olunacağı bildirilib.

“Peyvənd 3 mərhələdə əhaliyə veriləcək. Onun istehsalı zamanı qeydiyyata alınanlara isə ilk olaraq tətbiq ediləcək. Bu proses 7 və ya 10 gün arasında reallaşacaq. Digərləri isə 1 aya qədər müddətdə tamamlanacaq və hazırlanan peyvəndin hamısı əhaliyə təqdim ediləcək”, – Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin rəhbəri Aleksandr Qinsburq qeyd edib.O, ötən həftə istehsal olunan ilk vaksinin virusa yoluxan qadına tətbiq olunduğunu və müsbət nəticələr verdiyini əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90