Deputat: “Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sənaye quruculuğu sahəsində əldə etdiyi uğurların nəticəsidir”  

image-jale-ehmedova1backend

“Oktyabrın 2-dən 6-dək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi Azərbaycanda müasir texnologiyaların geniş şəkildə tətbiqi nəticəsində rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etməsinin göstəricisidir. Tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox nümayəndənin iştirakı isə bu Konqresin mühüm əhəmiyyətini göstərir.

İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1973-cü ildə keçirilmiş bu tədbirin əlli ildən sonra yenidən Azərbaycana qayıtması ölkəmizdə texnologiya sahəsində qazanılan uğurların nəticəsidir.

Oktyabrın 2-də Konqresin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin dünya kosmik ailəsinin üzvünə çevrilməsi, bu sahədə həyata keçirdiyi işlər, beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycanın çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirakı, ölkəmizin Avropa institutları ilə əməkdaşlığı, uğurlu coğrafi mövqeyimizin bizə qazandırdığı üstünlüklər, enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyəti, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.

Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb, 3 peykimiz orbitə buraxılıb və Azərbaycandan başqa 45 ölkəyə peyk xidməti göstərilir. Xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb. Bu peyklər ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstəkdir. Məhz kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübə bizə bu il Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi hüququ qazandırıb.

Bu cür mötəbər tədbirin – Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə yenidən keçirilməsi Azərbaycanda kosmik sənayenin inkişafına, Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, həmçinin bu sahədə inteqrasiyanın daha da güclənməsinə kömək göstərəcək. Ən əsası isə, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın təqdimatı və tanıdılması baxımından da əvəzsiz bir vasitədir”.

Milli Məclisin deputatı Jalə Əhmədova

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90