Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 700 $▼0.09%
  • Ethereum2 353 $▼0.10%
  • S&P 5007 624▼0.52%
15°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

Dominikan polisi “Survivor”a qarşı əməliyyat keçirdi

image-seda
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dominikan polisi hazırda respublika ərazisində çəkilişləri davam edən “Survivor All Star 2024” yarışının komandasına qarşı əməliyyat keçirib.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “TV8” kanalının rəhbəri Acun Ilıcalı yarışın dünənki buraxılışında açıqlayıb.

Məlumata görə, bir neçə gün əvvəl yarışlardan birində qalib gələn komanda mükafat olaraq Kolumbiyaya səfərə aparılıb. Burada iştirakçılardan biri Seda Aktuğlu tanımadığı bir qadının telefonundan istifadə edərək atasına mesaj göndərmək istəyib. Mesajı göndərə bilməyən Seda telefon sahibinə qeyd yazıb. Telefon sahibi isə bu qeydi “Məni qaçırıblar” kimi səhv anlayaraq polisə müraciət edib.

Komanda Dominikana qayıtdıqda isə onları hava limanında polis qarşılayıb. Məsələyə iki ölkə polisinin müdaxilə etdiyi qeyd olunub. Məsələnin aydınlaşdırılması üçün isə komanda hava limanında 1 saat gözlədilib.

Baş verən hadisə A.Ilıcalının narazılığına səbəb olub. Onun sözlərinə görə, bu yarış tarixində ilk belə hadisədir. O bildirib ki, Seda Aktuğlu cəza olaraq komandasının qazandığı 5 mükafatdan yararlana bilməyəcək.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132295