Dünyanın ən varlı adamı oldu – 188,5 milyard dollar sərvəti var

Dünyanın ən varlı adamı oldu – 188,5 milyard dollar sərvəti varbackend

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu Elon Mask dünyanın ən varlı adamı olub.

Busaat.az xəbər verir ki, o, 188,5 milyard dollarlıq sərvəti ilə “Amazon”un qurucusu Ceff Bezosu geridə qoyub.

“Tesla”nın hissələrinin son 1 ildə bahalaşması Maskın sərvətini 150 milyard dollardan çox artırıb. Şirkətin hissələri 2020-ci ildə 743% bahalaşıb.

E.Mask ötən ay verdiyi müsahibədə sərvətinin əsl məqsədinin insanlığın kosmik səyahətlər edən mədəniyyətə təkamülünü sürətləndirmək olduğunu demişdi.

Qeyd edək ki, “Blumberq” milyarderlər indeksinin məlumatına görə, 2017-ci ildən bəri dünyanın ən varlı adamı Ceff Bezos olub.

busaat 4d0639cda9e17295e560446ae90e5d61 o31l8bxptumf0iw9crzj


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki