“Enmə əməliyyatı əks istiqamətdə olsa idi, qəza baş verməzdi”

image-helikopter_qezabackend

“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib”.

Busaat.az  xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, “Qaraheybət” poliqonundakı helikopter qəzasının İstintaq qrupunun rəhbəri Sənan Paşayev deyib.

O bildirib ki, helikopter səhv axında eniş edərkən qəzaya uğrayıb:

“Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Amma pilotlar küləyin axını istiqamətində enmə əməliyyatı etdikləri üçün qəza baş verib. Enmə əməliyyatı əks istiqamətdə olsa idi, qəza baş verməyəcəkdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki