Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun Türkiyə Məclisinin ratifikasiyasında mümkün olduğunu bildirdi. Cavab olaraq ölkəsinə F-16 qırıcılarının satışında ABŞ-ın həmrəyliyinə və qarşılıqlı münasibətinə ümid etdiyini bildirib.
Busaat.az xəbər verir ki, dekabrın 7-də rəsmi səfərdə olduğu Yunanıstandan qayıtdıqdan sonra jurnalistlərə bildirib.
Erdoğan açıqlamasında “Siz deyirsiniz ki, F-16 satışı ABŞ Konqresində həll olunduqdan sonra bu məsələdə bir addım atacaqsınız. Mənim parlamentim də var və mənim parlamentimdə ratifikasiya protokolu keçməyincə belə bir addım ata bilmərəm. Əgər biz NATO-nun tərəfdaş ölkələriyiksə, o zaman həmrəylik əlaməti olaraq hər şeyi eyni vaxtda edək. Parlamentimiz düzgün qərar verəcək”, – deyə Ərdoğan