Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi – FOTO

Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi – FOTObackend

Azərbaycan Ordusu 31 yaşlı Qeqard Hovannisyan adlı ön cəbhədə vuruşan keşiş hərbçini yaralayıb.

Bu barədə xəbəri Ermənistan mətbuatı Tavuş yeparxiyası tərəfindən verilən məlumat əsasında yayıb.

Məlumatda bildirilir ki, ermənilərin “müqəddəs ata”sı 2016-cı ildəki dörd günlük aprel döyüşlərində də iştirak edib. Həmçinin, Hovannisyanın əmisi oğlunun daha əvvəl Azərbaycan Ordusu ilə döyüşdə məhv edildiyi bildirilib.

Qeyd edək ki, Qriqoryan kilsəsi dəfələrlə sülhə çağırış edən açıqlamalar yaysa da, erməni din xadimlərinin müharibədə fəal şəkildə iştirak etdiyinə dair məlumatlar və faktlar var. Bu fakt da onlardan biridir.

Oxu.az

 

Səbuhi Musayev

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90