“Ermənistan təxribatlara davam etsə, “Dəmir yumruq” özünü göstərə bilər”

image-img-20210301-wa0013backend

Azərbaycanın Vətən müharibəsindən sonra Ermənistanda baş verən siyasi böhran pik həddə çatıb və hətta, ölkədə baş verənlər hərbi çevrilişə cəhd kimi qiymətləndirilib. Təbii ki, baş verənlərin fonunda Ermənistanın noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrasına nə dərəcədə əməl edib-etməməsi də diqqətə gəlib. Çünki Ermənistanın daxilində baş verən siyasi böhran nəinki, razılaşmaya əməl etməyə, heç Ermənistanın öz müqəddaratını həll etməyə belə imkan vermir.

Bununla yanaşı, Ermənistanın müharibədə ağır məğlubiyyətə uğraması, Azərbaycan Prezidentinin də Dağlıq Qarabağın statusundan söhbət getmədiyi və bu məsələnin müzakirəsini sülhə deyil, qarşıdurmaya xidmət etdiyini vurğulaması fonunda işğalçı ölkədə hələ də “status” müzakirələrinin getməsi razılaşmaya xələl gətirən amillərdəndir.
Bəs, Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etməzsə, hadisələr necə cərəyan edəcək? Baş verənlərin fonunda Üçüncü Qarabağ müharibəsi ilə bağlı ehtimalları necə dəyərləndirmək olar?
Mövzunu Busaat.az-a dəyərləndirən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistanda başlayan siyasi gərginlik Vətən müharibəsindən sonraya təsadüf edib və siyasi iqtidarı devirmək üçün kütləvi etirazlar hələ də davam edir: “Ermənistan müxalifətinin liderləri vahid formada Nikol Paşinyanın istefasını tələb edir və bu gün də İrəvanda müxtəlif mitinqlər keçiriləcək.

image-img-20210301-wa0014Bu gün saat 15:00-da Ermənistanın ilk prezidenti Levan Ter-Petrosyanın rəhbərliyi ilə ilk mitinq keçiriləcək. Daha sonra saat 16:00-da Nikol Paşinyanın istefası ilə bağlı növbəti mitinq təşkil ediləcək. 18:30-da isə Nikol Paşinyan özü xalqın dəstəyi üçün tərəfdarlarını meydana toplayacaq”.

“Üçtərəfli 10 noyabr bəyanatına gəldikdə isə, düşünürəm ki, razılaşmanın bəndləri icra olunur. Bununla yanaşı, Bəyanatın 9-cu bəndinin davamı olaraq cari ilin 11 yanvarında Moskvada üçtərəfli görüş də keçirildi və Zənzgəzur dəhlizinin fəaliyyəti ilə bağlı növbəti Bəyanat imzalandı. Həmçinin, bundan sonra da Baş nazirlərin müavinləri səviyyəsində müxtəlif onlayn görüşlər keçirildi və dünən də bu görüşlərin davamı oldu. Yəni, bölgədə komunikasiyaların fəaliyyəti, iqtisadi prioritetlərin inkişafı həyata keçirilir. Bu nöqteyi-nəzərdən biz 10 noyabr və 11 yanvarda imzalanan Bəyanatların müxtəlif detalları üzrə təmasların həyata keçdiyini müşahidə edirik”-ekspert vurğulayıb.

Hüseynov Üçüncü Qarabağ müharibəsinin başlayacağı ilə bağlı ehtimallara da toxunub: “Bu ehtimallar artıpq minimallaşdırlıb. Yox, əgər Ermənistan tərəfi vəziyyəti gərginləşdirəcək və Azərbaycanı müharibəyə sövq edəcək təxribatlara davam etsə, Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi, “Dəmir yumruq”unu göstərə bilər və həm Ordumuzun, həm Ali Baş Komandanımızın, həm də xalqımızın birgə rəyi və gücü ilə biz istənilən təhlükələrin və təhdidlərin qarşısnı ala bilərik. Yaxud, ötən ilin dekabr ayında olduğu kimi, antiterror əməliyyatı həyata keçirilə bilər və bölgədə Rəsmi Bakıya tabe olmayan istənilən yaraqlı, terrorçu, muzdlu dəstə və hərbi qulluqçuların zərərsizləşdirilməsi bağlı müəyyən tədbirlər görülə bilər. Lakin hal hazırda bu cür ehtimallar azdır”.

“Onu da qeyd etmək lazımdır ki, bölgədə təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlıları yerləşdirilib, eyni zamanda Ağdamın Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb ki, bölgədə olan təhlükələrin, silahlı münaqişələrin qarşısını almaq üçün həm yerdən, həm də havadan təhlükəsizliyə nzəarət edilsin. Bu istiqamətdə isə istənilən təxribatların qarşısını dərhal almaq üçün Mərkəzin fəaliyyəti qənaətbəxşdir”-deyə, analtik fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90