Ermənistan Zəngəzur dəhlizi üçün maliyyə mənbəyi tapa bilmir

image-pasinyanxankendibackend

“Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası layihəsinin maliyyə mənbəyi hələ müəyyən edilməyib”.

Busaat.az  xəbər verir ki, bu barədə “Sputnik Armeniya” Ermənistanın Ərazilərin İnkişafı və İnfrastruktur Nazirliyinə istinadən xəbər yayıb.

Daha öncə həmin nazirlik sözügedən dəmir yolunun Ermənistan ərazisində bərpa olunmasına 226 milyon dollar tələb olunacağını açıqlamışdı.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirmişdi ki, ölkəsi Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsi açmağa hazırdır. O qeyd etmişdi ki, Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə əldə etdiyi razılaşmalar əsasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasına hazırlıq üzrə işçi qrupu yaradılıb.

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın fevralda verdiyi açıqlamaya görə isə “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) Azərbaycan və Ermənistan ərazilərini birləşdirəcək dəmir yolunun operatoru olacaqdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90