Ermənistanlı zabit: “Qarabağlı ermənilər, siz həyasız adamlarsınız?!” – VİDEObackend
İkinci Qarabağ savaşının ermənilər üçün tam kapitulyasiya ilə başa çatmasından sonra Ermənistanda yerli ermənilərlə Qarabağdan qaçaraq oraya getmiş qarabağlı ermənilər arasında qarşıdurma yaranıb.
Busaat.az bildirir ki, sosial şəbəkələrdə buna dəlalət edən paylaşımların sayı sürətlə artır.
Ermənistan Hərbi Polisinin sabiq zabiti Vardan Qukasyan da “ermənistanlı erməni olaraq” qarabağlı ermənilərə nifrətini izhar edib.
Onun dediyinə görə, Qarabağdakı həmcinsləri həmişə Ermənistan hərbçilərinə nifrət ediblər: “Cəhənnəm olun, indi Rusiyadan və Azərbaycandan nə isə istəyin. Sizi əla tanıyıram. Polisdə işləmişəm, qarabağlı ermənilərin şikayətlərini görürdüm. “Bağdan armudumu oğurlayıb!” yazan siz deyildiniz?! Şuşa həbsxanasında olan erməni əsgərlər dəhşətli işgəncələrə məruz qalırdı. Bunu orada olmuş hər əsgər deyə bilər. 150 əsirimiz var. Bakıda paradda keçirəcəklər onu. Bunu istəyirdiniz?! Sizə görə ölən Ermənistan əsgərlərinə görə quru minnətdarlıq belə, etmirsiniz. Elə hey nə isə istəyir, nə isə tələb edirsiniz. Siz nə həyasız adamlarsınız…”
V.Qukasyan daha sonra bildirib ki, Qarabağ erməniləri daim Ermənistana minnətdar olmalıdır: “Qarabağ erməniləri, evlərinizi axı Ermənistan öz puluna bərpa edəcək? Ermənistandan gedən əsgərlər sizə görə öldülər. Bunu unutmaq olar?! Sizə görə, əxlaqsızlar, həyasızlar! Siz erməni dilində də anlamırsınız! 2 mindən artıq Ermənistan vətəndaşı orada, Qarabağda həlak oldu. Niyə düşünürsünüz ki, biz sizə daim minnətdar olmalıyıq?! Hə, əclaflar! İnsan da bu qədər ikiüzlü, saxtakar, yaramaz ola bilərmi?!”