Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin sayının 42 min 310-a yüksəldiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, AFAD-dan verilən açıqlamada Kahramanmaraşın Pazarcık rayonunda 7,7, Elbistanda isə 7,6 bal gücündə zəlzələlərdən sonra 7 184 avterşokun olduğu bildirilib.
Son məlumata görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 42 310 nəfər həyatını itirib, 448 min 18 vətəndaş isə bölgədən təxliyə edilib.
AFAD, PAK, JAK, JÖAK, DİSAK, Sahil Mühafizəsi, DAK, Xilasetmə, Xilasetmə, MEB, QHT-lər və beynəlxalq axtarış-xilasetmə personalından ibarət ümumilikdə 14 740 personalın bölgədə vəzifələrini davam etdirdiyi qeyd edilib.
Bundan əlavə, təbii fəlakət bölgəsində başda ekskavator, evakuator, kran, dozer, yük maşınları, su daşıyan maşınlar, qoşqular, qreyderlər, vakuum maşınları kimi tikinti texnikaları olmaqla ümumilikdə 13 700 texnikadan istifadə edildiyi bildirilib.