Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov haqda yenidən məhkəməyə müraciət edilib.
Nərimanov Rayon Məhkəməsinə daxil olmuş vəsatət və təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin uzadılması istənilib.
Hakim F. Qasımovun həbsdə saxlanılma müddətini 3 ay uzadıb.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.