Fermerlərə verilən güzəştli kreditlərin məbləği AÇIQLANDI

image-img_5219backend

Bu ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 3 379 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Busaat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 1 707 müraciət üzrə 32.3 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin ilk dörd ayının göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 61 faiz, kredit məbləği isə 56 faiz artıb.

Verilən kreditlərin 28.9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 784.5 min manatı güzəştli kreditlər, 2.5 milyon manatı isə mikrokreditlərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki