Gəncədə itkin düşən qızı 20 yaşlı sevgilisi öldürübmüş…

image-meyit-1backend

Bir ay əvvəl Gəncədə itkin düşən qızın meyiti tapılıb.,

Busaat.az xəbər verir ki, 19 yaşlı qızın meyiti bir neçə saat əvvəl şəhər ərazisində tapılıb.

Onun qətlində 22 yaşlı sevgilisi şübhəli bilinərək saxlanılıb.

Bundan öncə, qızın axtarışları zamanı bir neçə dəfə dindirilən oğlan qızdan xəbəri olmadığını deyərək cinayəti etiraf etməkdən imtina edib.

***

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti şəhərin Avtozavod deyilən ərazisində zibil poliqonundan tapılıb.

Busaat.az xəbər verir ki, onu sevgilisi, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov qısqanclıq zəminində boğaraq öldürüb və zibillikdə gizlədib. Qətlin təxminən bir ay əvvəl törədildiyi üçün meyit eroziyaya uğrayıb.

Qətli törətməkdə şübhəli bilinən Sərdar Cəfərov saxlanılıb. İstintaq davam etdirilir.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90