Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Bakıda tanınmış kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilərək barəsində üç ay on yeddi gün (3 ay 17 gün) müddətinə həbs qətimkan tədbiri seçilib.
Polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfərin ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, portalımız Nigar Həsənovanın Azərbaycanda bir sıra sahibkarlardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayımlamışdı. N.Həsənova Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.








