İmran Xan “Facebook”u islamofobiya məzmununun qadağan etməyə çağırdıbackend

Pakistanın Baş Naziri İmran Xan “Facebook” şirkətinin rəhbəri Mark Tsukerberqə müraciət edərək, eyniadlı sosial şəbəkədə antiislam ritorikasını əks etdirən paylaşımların yerləşdirilməsini qadağan etməyi xahiş edib.

Busaat.az xəbər verir ki, hökumət başçısı məktubun mətnini tvitter səhifəsində dərc edib.

Xanın sözlərinə görə, dünyanın müxtəlif yerlərində müsəlmanların qırğını baş verir. O, Fransada Məhəmməd peyğəmbərin karikaturalarını, bir sıra ölkələrdə müsəlmanların sıxışdırılmasını, həmçinin Hindistanda “antimüsəlman qanunları” nı qeyd edib.

Pakistan hökumətinin başçısının iddiasına görə, Fransada İslam terrorla assosiasiya olunmağa başlayıb. “Bu, (karikaturaların nəşri – red.) Fransada müsəlmanların daha da qütbləşməsi və marginallaşmasına gətirib çıxaracaq”, – deyə o əlavə edib