İndiki koronaviruslu xəstələrin vəziyyəti daha ağırdır – Şöbə müdiri

İndiki koronaviruslu xəstələrin vəziyyəti daha ağırdır – Şöbə müdiribackend

Bu gün COVİD-19 xəstələri mart-apreldəki xəstələrdən fərqlənirlər.

Busaat.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, artıq virusun mutasiyası baş verir: “İndiki xəstələr daha ağırdır. İndi asimptomatik xəstələri daha az görürük. Bu gün cavan, orta yaşlı insanlarda xəstəliyin daha ağır fəsadlarını, ağciyərlərində ikitərəfli pnevmaniyaları müşahidə edirik”.

Y.Qarayeva bildirib ki, biz yumşalmaya doğru getmək istəyirik, burada heç bir çətin qayda yoxdur. Eyni zamanda fiziki məsafəyə ciddi əməl edilməlidir, əl gigiyenası, qapalı yerdə bir yerə toplaşma, bu insanların özünə ziyandır. Virus sərhəd, sosial təbəqə, yaş tanımır. Bugünkü COVİD xəstələri SARS və digər xəstəliklərdən çox fərqlənir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90