İqlim fəlakəti bəşəriyyəti kütləşdirəcək – HƏYƏCAN TƏBİLİ

İqlim fəlakəti bəşəriyyəti kütləşdirəcək – HƏYƏCAN TƏBİLİbackend

Gələcəkdə karbon qazının konsentrasiyasının yüksəlməsi insanlarda intellektin və mürəkkəb strateji düşüncə qabiliyyətinin zəifləməsinə gətirib çıxaracaq.

Busaat.az az xəbər verir ki, ABŞ-ın Boulder şəhərində yerləşən Kolorado universitetinin alimləri araşdırma nəticəsində belə bir qənaətə gəliblər.

Məlumata görə, cari yüzilliyin sonlarında insanlar kəskin artan karbon dioksidinin təsirinə məruz qalacaq və buna görə də, qanda həll olunan karbon qazının miqdarı artacaq, beyinə gedən oksigen isə azalacaq.

Nəticədə, insanlarda süstlük və tədirginlik artacaq, koqnitiv bacarıqlar isə zəifləyəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90