İran ABŞ-dən qoşunlarını dərhal Suriyadan çıxarmağı tələb edib

image-iranbackend

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-dən Amerika qoşunlarını dərhal və tam şəkildə Suriyadan çıxarmağı tələb edib.

Busaat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Suriyada sülh və sabitliyin bərqərar olması üçün Amerika qoşunlarının ölkədən tam, dərhal və qeyd-şərtsiz çıxarılması lazımdır. Onlar terrorizmlə mübarizə aparmaq əvəzinə neft oğurlamağa, Suriya xalqını soymağa və BMT tərəfindən terrorçu elan edilmiş qruplara, məsələn, “Cəbhət ən-Nüsrə” və “Həyat Təhrir əş-Şam”a dəstək verməyə davam edirlər”, – o, BMT Təhlükəsizlik Şurasının Suriyadakı humanitar və siyasi vəziyyətlə bağlı iclasında deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki