İsveçrədə koronavirusun ən təhlükəli növü aşkarlanıbbackend

İsveçrədə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

 

Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti” İsveçrənin İctimai Səhiyyə Nazirliyinin Federal ofisi məlumat yayıb.

 

Məlumata görə, Britaniyanın bu ölkədəki iki vətəndaşında ilk dəfə koronavirusun yeni ştammı aşkarlanıb. Onların virusu başqalarına yoluxdurub-yoluxdurmadıqları hələ məlum deyil.

 

Britaniyada koronavirusun yeni ştammının aşkarlanmasından sonra İsveçrə öz ərazisində COVID-19-un yeni növünün aşkarlanmasının qarşısını almaq üçün operativ tədbirlər görüb.

 

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

 

Daha əvvəl Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkədə koronavirusun yeni ştammı aşkarlanıb.