İtaliya Liviya ilə 8 milyard dollarlıq qaz müqaviləsi imzalayıb – İCMAL

image-melonibackend

İtaliyanın baş naziri Corciya Meloni enerji və miqrasiya ilə bağlı danışıqlar aparmaq üçün Tripoliyə səfər edib. Səfər zamanı İtaliya Liviya ilə 8 milyard dollarlıq qaz müqaviləsi imzalayıb. Müqaviləni Liviyanın Milli Neft Korporasiyası və İtaliyanın Eni şirkəti imzalayıb.

Reuters xəbər verir ki, iki şirkət qazın, eləcə də günəş enerjisi və karbonun inkişafına 8 milyard dollar sərmayə qoyacaqlarını bildiriblər.

Associated Press-in məlumatına görə, iki ölkə arasında təbii qaz sazişi Liviyanın enerji sektoruna son iyirmi ildən çox müddətdə ən böyük təktərəfli sərmayə qoyuluşudur.

Eni-nin baş direktoru Klaudio Deskalzi Avropanın enerji ehtiyaclarını ödəmək üçün Afrikaya müraciəti güclü şəkildə dəstəkləyib.

Ötən həftənin əvvəlində Meloni İtaliyanın əsas qaz tədarükçüsü olan Əlcəzairə səfər edib, burada Eni və Əlcəzairin dövlət enerji şirkəti Sonatrach enerji təhlükəsizliyini gücləndirmək və karbon emissiyalarını azaltmaq üçün səyləri artırmaq məqsədi ilə yeni əməkdaşlıq sazişi imzalayıblar.

Qeyd edək ki, Əlcəzair keçən il İtaliyanın ən böyük enerji təchizatçısı kimi Rusiyanı əvəz etdikdən sonra İtaliyanın əsas strateji tərəfdaşlarından birinə çevrilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90