İtkin şəhidimizlə vida mərasimi keçirildi – Fotolar

image-123-2backend
image-uzb_ads_desk

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Ələddin Həzi oğlu Həziyevlə vida mərasimi keçirilib.

Busaat.az xəbər verir ki, vida mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Şəhidimiz Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Ə.Həziyev 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, iyulun 2-si 1993-cü ildə itkin düşmüşdü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki