Kadırov “Marvel” qəhrəmanlarını bağçalardan sildirdi – Fotolar

Kadırov “Marvel” qəhrəmanlarını bağçalardan sildirdi – Fotolarbackend

Çeçenistan rəhbəri Ramzan Kadırovun iradından sonra Kurçaloydakı uşaq oyun mərkəzinin dizaynı dəyişdirilib.

Busaat.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, burada divarlara Amerika komikslərindən simvollar yığışdırılıb, əvəzinə Çeçenistanın ilk prezidenti Ahmat Kadırovun və 18-19-cu əsrin sonlarına aid Qafqaz müharibəsi qəhrəmanlarının şəkilləri qoyulub.

Kadırov Kurçaloyda yeni yaşayış kompleksində uşaq oyun mərkəzinin dizaynında istifadə olunan Marvel qəhrəmanları – Kapitan Amerika, Tor, Dəmir Adamın şəkillərini çıxarıb milli qəhrəmanlarla əvəz etməyi əmr edib

Ramzan Kadırov bütün uşaq mərkəzlərində və oyun meydançalarında Amerika qəhrəmanlarının obrazlarını milli qəhrəmanlarla əvəz etməyi tapşırıb.

“Mən bütün respublika daxilində bunların (uşaq mərkəzlərində) tamamilə dəyişdirilməsini tapşırdım” deyə Kadırov jurnalistlərə Marvel qəhrəmanlarının dəyişdirilməsi təlimatının xüsusi olaraq Kurçaloydakı uşaq mərkəzinə aid olub-olmadığı sualına cavab verib. Onun sözlərinə görə, Çeçenistan Respublikası və Rusiyanın bir çox qəhrəmanı var.

Kadırov hesab edir ki, Çeçenistan xalqı qəhrəmanlarını tərifləməli, tanımalı və gələcək nəsillərə ötürməlidir.

Artıq divarlara Ahmat Kadırov, eləcə də Qafqaz müharibəsi dövrünün məşhur mənəvi və hərbi liderləri – Şeyx Mənsur, Beybulat Taimiev və Baysangur Benoyevskinin rəsmləri yerləşdirilib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90