Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
15°Bakı
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
Gündəm

Kimlər polisdə müvəqqəti qeydiyyatdan çıxarılır? - Rəsmi

Kimlər polisdə müvəqqəti qeydiyyatdan çıxarılır? - Rəsmi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Polisə aid inzibati binalarda qeydiyyatda olan vətəndaşların qeydiyyatlarının ləğv edilməsi ictimaiyyətdə müəyyən müzakirələrə səbəb olub. Bəs, polisin inzibati binasında qeydiyyata alınmış şəxslərin indi qeydiyyatda çıxarılmasının səbəbi nədir?
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib olan bir hüquqi prosedurdur: “2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və digər bu kimi koteqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Hazırki araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndiliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlər qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır. Artıq bu kateqoriyadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq paralel olaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir”.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=31594