Konqo Demokratik Respublikasında 548 üsyançı öldürülüb

image-konqo-esgeribackend
image-ad_qayo_720x110px

Uqanda hərbi qüvvələrinin Konqo Demokratik Respublikasının şimalında keçirdiyi əməliyyatlar zamanı “Demokratik Alyans Qüvvələri”nin 548 üsyançısı öldürülüb.

Bu barədə Busaat.az xarici mətbuata istinadən xəbər verir.

Uqanda ordusunun mayoru Bilal Katamba “Demokratik Alyans Qüvvələri”nə qarşı əməliyyatların davam etdiyini bildirib.

Katamba bölgədəki əməliyyatlarda 548 üsyançının öldürüldüyünü, 50-sinin əsir götürüldüyünü, 31-nin isə təslim olduğunu açıqlayıb.

Əməliyyatların Uqanda ordusu tərəfindən həyata keçirildiyini vurğulayan Katamba, bu prosesdə həyatını itirən hərbçinin olub-olmaması ilə bağlı məlumat verməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki