Lavrov BQXK-nın rəhbəri ilə Ukrayna və Qarabağda humanitar fəaliyyətləri müzakirə edib

image-sergey-lavrovbackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger BMT Baş Assambleyası çərçivəsində görüş keçirib.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər Ukrayna böhranı və Qarabağ, Sudan, Əfqanıstan və Suriyadakı vəziyyət də daxil olmaqla, regionun əsas sahələrində humanitar fəaliyyətlə bağlı məsələləri müzakirə ediblər”, – məlumatda deyilir.

“Onlar həmçinin, BQXK-nın Rusiyadakı işinin cari aspektləri ilə bağlı mövqelərini müqayisə ediblər”, – nazirlik bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki