Lukaku “Çelsi”dən getmək istəyir

image-lukakubackend

“Çelsi”nin hücumçusu Romelu Lukaku ətrafında vəziyyətin təfərrüatları məlum olub. Busaat.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, belçikalının özü artıq “Çelsi”də oynamaq istəmir. London klubu isə Lukakunu öz heyətindən uzaqlaşdırmaqda israrlıdır.

“Mavilər”in baş məşqçisi Maurisio Poçettino hücumçunun digər oyunçulara mənfi təsir göstərəcəyindən ehtiyat edir.

“Çelsi” üçün problem odur ki, Lukaku ilə çox komanda maraqlanmır.

Daha əvvəl “Tottenhem” və “Yuventus”un maraqlandığı deyilsə də, İtaliya klubunun Dusan Vlahoviç üçün əlavə ödənişlə belçikalının dəyişdirilməsi ilə bağlı təklifi londonluların rəhbərliyi tərəfindən rədd edilib.

Xatırladaq ki, Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki