“Roma” Romelu Lukakunu transfer etdiyini açıqladı

image-romelu-lukakubackend

İtaliyanın “Roma”sı belçikalı hücumçu Romelu Lukakunu transfer edib.

Busaat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.

Qeyd edək ki, 30 yaşlı Lukaku “Roma” klubuna 2023/2024 mövsümünün sonuna kimi icarə əsasında Londonun “Çelsi” klubundan keçib. Yeni klubunda hücumçu 90 nömrəli forma geyinəcək.

“Lukakunun “Roma”nı seçməsindən çox məmnunuq. Onun gəlişi ilə biz daha çox təcrübə, peşəkarlıq və qalib gəlmək arzusu qazanırıq. Bütün qərarlarımız komandanın rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Biz çox qürur duyuruq ki, tərəfdarlarımız Romelanı bu cür şövqlə qarşılayırlar”, – deyə klubun baş direktoru Tiaqo Pinto hücumçunun transferini şərh edib.

Lukaku ötən mövsüm “İnter”də icarə əsasında çıxış edib, 37 oyuna çıxıb və 14 qol vurub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90