Masallıda itkin düşmüş qızlar tapıldı – YENİLƏNİB

Masallıda itkin düşmüş qızlar tapıldı – YENİLƏNİBbackend

Masallı rayonunda itkin düşdüyü bildirilən 3 yeniyetmə qız tapılıb.

Ötən gün axşam saatlarında Masallı rayonunun Şərəfə kəndinə qonaq gələn və itkin düşdüyü ehtimal olunan 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızı, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızı və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızı tapılıblar.

Belə ki, qızlar Bakıya qayıdarkən postların birində yük avtomobilində aşkarlanaraq valideynlərinə təhvil verilib. Kənd sakinlərinin bildirdiyinə görə, qızlar yola çıxaraq evlərinə qayıtmaq üçün Bakı istiqamətinə gedən bir “Kamaz” markalı maşına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən saxlanılıb.

Qeyd edək ki, dünən qızların itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edilmişdi.

Bu hadisə ilə bağlı ilkin xəbəri cənub.az internet qəzeti yaymışdı.

***

00:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Bu barədə Busaat.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal nazirliyin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90