“Mata Hari” bizim haramıza yaraşır?

image-matabackend

Müharibədən çıxmış və hələ də müharibə ritorikasında olan ölkənin beynəlxalq müsabiqədə almaniyalı fahişə-rəqqasə, əslində isə cəsus olan Mata Hariyə həsr edilmiş mahnı ilə çıxış etməsi hansı anlama gəlir? Mən bilmirəmsə, siz izah edə bilərsiz. Məsələn, bu da nərminşahmarzadələr, ataabdullayevlər kimi bayağı gündəm yaradıb, əsas problemlərdən yayınmağa xidmət edə bilərmi? Təbii ki, ehtimal edirəm, iddia etmirəm. Amma indidən gündəm yaradıbsa, ehtimal real da ola bilər. Mahnının sözlərinə də diqqət yetirəndə heç bir mənasının olmadığını görürük: “Mən Allahsız bir cəsusam, yalançıyam”.

O zaman dünyaya, müharibə fonunda ətrafımızda gedən problemləri işıqlandırmaq üçün belə bir fürsətimiz varkən, “Mata Hari” bizim haramıza yaraşır? Halbuki, hamımız yaxşı bilirik ki, əslində, Avroviziya da digər beynəlxalq müsabiqələr kimi siyasətə xidmət edir.

Necə ki, transseksual Konçita Vurst LGBT naminə, Avropa Birliyi İkinci Dünya müharibəsindən sonra Qərbi və Şərqi Avropanı simvolizə etmək üçün, Soyuq Müharibə bitəndən sonra kommunizmlə idarə olunan Yuqoslaviyanın müsabiqəyə daxil edilməsi, bununla yanaşı, İsrailin “Avropa Yayım İttifaqı”na qarşı çıxan ölkələrin yarışmaya qəbul edilməməsi və digər məsələlər yarışmanın siyasətə xidmət etməsinə bariz nümunədir. Demək olar ki, bütün ölkələr də bundan yaxşıca istifadə ediblər, hətta, Konçita belə. İndi siz deyin, “Mata Hari” bizim haramıza yaraşır?

Mərahim Nəsib

Busaat.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90