“Seçkinin nəticəsindən asılı olmayaraq Azərbaycan-Türkiyə əlaqələri inkişaf edəcək” – ŞƏRH

image-0a2a751614ab4877ece322326d3a53d9backend

“Kimin qalib gəlməyindən aslı olmayaraq Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da hər iki xalqların sarsılmaz birliyi ilə inkişaf edəcəyini hesab edirəm”.

Bunu Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra qalib namizəd Rəcəb Tayyib Ərdoğan yox bir başqası olarsa, nəticənin Azərabycanla münasibətlərə təsirlərindən danışan politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin 90-cı illərə qayıtması ehtimalı yoxdur:

image-vuqar-ehmedov-44444-2

“Çünki son 30 ildə Türkiyə-Azərbaycan münasibətləri hər iki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin sayəsində o qədər inkişaf edib ki, bu münasibətlərin geridönüşü yoxdur. Hər iki xalq bir-biri ilə çox sıx bağlıdır. Türkiyədə bəzi qüvvələr Ermənistanla sərhədlərin açılması məsələsini ortaya atmaqla bu münasibətlərə heç zaman ziyan vura bilməyəcəklər”.

“Türkiyədə 14 mayda prezident seçkiləri rəqabətli şəraitdə keçəcək. Kimin qalib gəlməyindən aslı olmayaraq Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da hər iki xalqların sarsılmaz birliyi ilə inkişaf edəcəyini hesab edirəm. Heç bir dövlət başçısı bu məsələdə Türkiyə xalqının iradəsinə qarşı gedə bilməz. Gedərsə, ilk növbədə öz hökumətinə ziyan vurmuş olacaq. Azərbaycanla Türkiyənin qardaşlığının bünövrəsi o qədər əsaslı qoyulub ki, bunu hansısa siyasi qüvvənin dəyişmək imkanı real görünmür”, – politoloq qeyd edib.

Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki