Mbappe “PSJ” ilə uzunmüddətli müqavilə imzalamağa hazırdır

image-kilian-mbappebackend

Hücumçu Kilian Mbappe “PSJ” ilə müqaviləsini uzatmağa hazırdır.

Busaat.az xəbər verir ki, bu barədə jurnalist Marko Konterio öz sosial media hesabında yazıb.

Mənbənin məlumatına görə, tərəflər müqavilənin 2026-cı ilə qədər uzadılması barədə razılığa gəliblər. 2024-cü ildə aktivləşdiriləcək kompensasiya da olacaq.

Mbappe daha əvvəl “PSJ” ilə müqaviləsini yeniləməyəcəyini və yay transfer pəncərəsi zamanı klubu tərk etməyə hazır olduğunu bildirmişdi. Bununla əlaqədar o, mövsümöncəsi məşq üçün Fransa klubundan qovulub. Lakin sonradan Mbappe fikrini dəyişib və “PSJ” ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Mbappenin parislilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Fransa çempionatının bu mövsümündə Mbappe üç qol vurduğu iki matçda iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki