Xəbər verdiyimiz kimi, dünən Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub. Mərhum sənətkar vəsiyyətinə uyğun olaraq “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.
Busaat.az-ın Unikal.org-a istinadən məlumatına görə, Mədəniyyət naziri Anar Kərimov və müavinləri dəfn mərasimində iştirak etməyiblər. “Şöhrət”, “Şərəf”,”İstiqlal” ordenləri ilə təltif olunmuş sənətkarın dəfnində Mədəniyyət Nazirliyinin rəhbərliyinin iştirak etməməsi sənət adamlarının təəccübünə səbəb olub.
Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.