“Mənim Azərbaycan pasportum olmasa da…”- Emin Ağalarovdan AÇIQLAMA

“Mənim Azərbaycan pasportum olmasa da…”- Emin Ağalarovdan AÇIQLAMAbackend

Xalq artisti Emin Ağalarov Rusiya kanalında ermənilərin Qarabağı işğal etməsindən danışıb.

Busaat.az xəbər verir ki, müğənni aparıcının “uzun zaman davam edən və bu yay daha da kəskinləşən Ermənistan-Azərbaycan münaqişəsinin həll yollarını nədə görürsünüz? Sizin biznesinizə bu məsələ necə təsir edib? Bu cür geosiyası məsələlər, ümumiyyətlə digər ölkələrdə biznesə təsir etməyə bilərmi?-suallarına cavab verib.

Həmin cavabı təqdim edirik.

“-Bu sual mənim üçün çox çətindir, çünki mənim Azərbaycan pasportum olmasa da, ilk öncə özümü Rusiyada yaşayan azərbaycanlı hesab edirəm. Bu, münaqişənin ağlabatan hesab etdiyim yeganə həll yolu bizim Azərbaycan torpaqlarımızın, Dağlıq Qarabağ ərazisindəki erməni işğalından azad olunmasıdır. Bu hal baş versə, hesab edirəm ki, münaqişənin həllinə doğru ilk addım atılmış olacaq. Münaqişənin, bizim gündəlik həyatımıza təsirinə gəldikə isə, əlbəttə ki, bəli, təsir edir, çünki iki ölkə prinsipcə münaqişədədir. Ona görə də, digər millətlə hər hansı bir əlaqə bir çox mübahisələrə və söz-söhbətə səbəb olur. Şəxsən mən istəyirəm ki, münaqişə həllini tapsın. Lakin yeganə yol, Azərbaycanın ərazi bütövlüyüdür”.big.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90