Messidən Neymara transfer təklifibackend

“Barselona”nın futbolçusu Lionel Messi PSJ-nin hücumçusu Neymlarla yenidən komanda yoldaşı olmaq istəyir.

Busaat.az ESPN-ə istinadən xəbər verir ki, belə ki, 33 yaşlı oyunçu  braziliyalı futbolçuya onunla birlikdə “Mançester Siti”yə keçməyi təklif edib. Bununla bağlı Messinin Neymarla əlaqə saxladığı iddia olunub.

Qeyd edək ki, “Mançester Siti”nin argentinalı futbolçu üçün  “Barselona”ya 200 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə Katalioniya təmsilçisində çıxış edib.