Minik avtomobilləri toqquşdu, 1 nəfər öldü  

image-1745346072_qeza-4jpg-1750522269backend

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı nəqliyyat vasitəsində sərnişin qismində olan Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki