Naxçıvanın 1, Qazaxın 7 kəndi necə azad ediləcək? ŞƏRH

Naxçıvanın 1, Qazaxın 7 kəndi necə azad ediləcək? ŞƏRHbackend
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları təkcə Dağlıq Qarabağla məhdudlaşmır. Belə ki, Dağlıq Qarabağ və ətraf 7 rayondan başqa, işğal altında olan bir sıra kəndlərimiz də var. Məsələn, Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndi.
Bəs sentyabrın 27-dən Dağlıq Qarabağ uğrunda başlayan döyüşlər həmin kəndlərimizin də işğaldan azad edilməsi ilə nəticələnə bilərmi?
Mövzu ilə bağlı “BakuPost”a danışan siyasi şərhçi Azad İsazadə hazırda əsas hədəfin Qarabağı azad etmək olduğunu bildirdi:
 

“Sözsüz ki, gələcəkdə bu barədə fikirləşmək və işləmək lazımdır. Çünki, köhnə Sovet sərhəddinə görə, o kəndlər Azərbaycana aiddir. Amma həmin kəndlə Azərbaycan arasında erməni torpaqları var idi. Ora əkin, otlaq əraziləri olan torpaqlardır. Amma burada önəmli bir məqam var. Ermənistan adminstrativ sərhəddinə aid olan Başkəndi də vaxtı ilə biz azad etmişik. Deməli, onlar da eyni iddia ilə çıxış edə bilərlər. Bunu hansısa danışıqlar və razılığa gəlməklə həll edə bilərik. Yox, razılığa gəlməsələr, nə vaxtsa, silah gücü ilə də olsa, onları azad edə bilərik”.
Hərbi ekspert Üzeyir Cəfərov isə bunun Ali Baş Komandanın qərarına aid bir məsələ olduğunu dedi:
 
“Ölkə başçısı bütün dünya ictimaiyyətinə müraciət etdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmalıdır. Bəziləri bu işin yarımçıq qalacağına görə narahat idi. Prezident birmənalı olaraq, bunun Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunana qədər davam edəcəyini qeyd etdi. Həm də zərbə alan, ağır məğlubiyyətə uğrayan erməni ordusu düşünmürəm ki, Qazax ərazisində də qalsın. Lazım olan hər şeyi edəcəyik ki, onlar həmin ərazilərdən rədd olub getsinlər və torpaqlarımız bütövlükdə Azərbaycanın nəzarətinə qayıtsın. İnşallah, Dağlıq Qarabağla bağlı məsələ həll olunandan sonra o birilər də avtomatik olaraq, həm gündəmə gələcək, həm də öz həllini tapacaq”.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90