Qlobal istiləşmə səbəbindən istiliyi artan sularda beyin yeyən amöblər və digər bakteriyalar sürətlə çoxala bilər.
Busaat.az xarici KİV-ə istinadla xəb ər verir ki, Amerika alimləri istiliyi artan göl və çay kimi şirin suların beyin yeyən “Naegleria fowleri” kimi amöblər gətirərək insanlara zərər verəcəyini bildiriblər.
Cənubi Florida Universiteti yoluxucu xəstəliklər mütəxəssisi, professor Sandra Qompf “ət yeyən bakteriya” olaraq tanınan duzlu su mikrobu “Vibrio vulnificus” və şirin sulardakı “Naegleria fowleri” kimi təhlükəli parazitlərin qlobal istiləşmə nəticəsində istilənən sularda arta biləcəyilə bağlı fikirlər səsləndirib. O, son 10 ildəki müşahidələrinə əsasən güclü sellərin bu suların yayılmasını daha da asanlaşdıracağını deyib.
Kaliforniya Universitetinin professoru Yun Şen də həddindən artıq quraqlıq yaşanan bölgələrdəki su ehtiyatlarında artma potensialı yüksək olan parazitlərin şəhərlərin su şəbəkələrinə də qarışma ehtimalının olduğunu bildirib.
Beyində infeksiyaya gətirib çıxaran və ümumiyyətlə, ölümcül olan, tək hüceyrəli “Naegleria fowleri” amöbü insan bədəninə burun yoluyla keçir. Əksərən göl, çay və kanal kimi şirin sularda olan bu bakteriya insandan insana keçmir.
Duzlu sularda yaşadığı bilinən “Vibrio vulnificus” bakteriyası isə ishal başda olmaqla qan dövranı infeksiyası və qanqrena yarada bilir.(Publika)