Parisdə Makronun təşəbbüsü ilə Ukrayna və Avropada təhlükəsizlik məsələləri üzrə fövqəladə sammit keçirilib. Parisdə Ukrayna və Avropa arasında təhlükəsizlik məsələlərinə dair fövqəladə sammit öz işinə başlayıb.
Tədbirdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarkanın hökumət başçıları, həmçinin Avropa Şurasının sədri, Avropa Komissiyasının sədri və NATO-nun baş katibi iştirak ediblər.
Fransa mediası da sammit öncəsi Makron və Tramp arasında telefon danışığı olduğunu yazıb.
***
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Yelisey Sarayı məlumat yayıb.
Telefon danışığı Avropa ölkələrinin Ukrayna ilə bağlı Parisdəki görüşündən əvvəl baş tutub.