Partiya sədrinin HƏBS PRESEDENTİ: “Dərs götürüləcək heç nə yoxdur, partiya sədrləri öz “cızıq”larını bilirlər” – ŞƏRH

image-eli_eliyev1backend

“Onsuz da ortadakı partiya sədrlərinin əksəriyyəti üçün konkret çərçivə müəyyənləşdirilib”.

Bu fikirləri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Dövlət Sərhəd Xidməti (DSX) zabitinin şikayəti əsasında azadlıqdan məhrum etməsinin digər müxalif partiya sədrlərinin davranış və ritoprikalarına mümkün təsirini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Busaat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən partiya sədrlərinin mütləq əksəriyyəti onlar üçün müəyyən edilmiş çərçivədən kənara çıxmırlar:

image-1629979465_zerdustelizade1

“Öncə Əli Əliyevin həbsinə toxunmaq istəyirəm. Bildiyiniz kimi, o, son vaxtlar hakimiyyəti çox sərt tənqid edirdi və narazı elektpratın rəğbətini qazanmışdı. Ona görə də, vertolyot qəzası ilə bağlı səsləndirdiyi fikirlər onun həbsi üçün göydəndüşmə fürsət oldu.

Nə qədər acınacaqlı olsa da, Əli Əliyevin həbsindən məmnunluq keçirən partiya sədrləri də var. Onlar bəlkə də zahirdə özlərini başqa cür göstərirlər, amma içlərində münasibətləri başqadır. Bu, Azərbaycan siyasətinin faciəsidir və müxalifət niyə bu gündədir sualının cavabıdır.

Əli Əliyevin həbsinin digər partiya sədrlərinə hansı təsiri olacaq ki? Onsuz da ortadakı partiya sədrlərinin əksəriyyəti üçün konkret çərçivə müəyyənləşdirilib. Yəni bu həbsdən dərs götürüləcək heç nə yoxdur, həmin partiya sədrləri öz “cızıq”larını bilirlər”.

Emin Fərzəliyev/Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki