Paşinyan Putinə məktub göndərərək Ermənistan üçün təcili kömək istədi

Paşinyan Putinə məktub göndərərək Ermənistan üçün təcili kömək istədibackend

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək ondan Ermənistana yardım göstərilməsi üzrə “təcili məsləhətləşmələrə başlamağı” xahiş edib.

Busaat.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

N.Paşinyanın belə müraciətinin 1997-ci ildə imzalanmış “Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi”nin ikinci bəndinə əsaslandığı vurğulanır.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri azad etmək məqsədilə keçirdiyi əks-hücum əməliyyatı başlayandan bəri Ermənistanın baş naziri dəfələrlə Rusiya prezidentindən yardım dilənib. Buna qədər o, telefonla əlaqə saxlamağa çalışardı.

Hətta Oktyabrda “Rossiya-1” telekanalı V.Putinin hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən görüntülər yayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90